SOCAR və “ExxonMobil” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
00:50 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR ilə ABŞ-nin "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.
Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Memorandum iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31