KİV: Zəngəzura nəzarət məsələsi Vaşinqtonda həll olunacaq
7 Avqust 14:03 SiyasətRəsmi İrəvan Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün olacağı məlumatını təsdiqləyib. Artıq Paşinyan dünən geniş nümayəndə heyəti ilə ABŞ-yə gedib.
Olaylar.az xəbər verir ki, bu barədə "Past" qəzeti yazıb.
Ermənistan nəşri bildirib ki, görüşlər avqustun 8-də baş tutacaq və bu çərçivədə Zəngəzur dəhlizinə nəzarət məsələsi də razılaşdırılacaq:
"Tramp əvvəlcə Paşinyanla, ardınca Əliyevlə görüşəcək, ardınca üç lider mətbuat qarşısına çıxacaq.
Vaşinqtonda nələrin baş verə biləcəyinə gəlincə, çox güman ki, sülh sazişi yox, çərçivə sənədi imzalanacaq. Bundan əlavə, Tramp Ermənistan ərazisində (Qərbi Zəngəzur) ABŞ-nin özəl təhlükəsizlik xidmətinin yerləşdirilməsi layihəsini gerçəkləşdirməyə çalışacaq.
Əliyev öz hədəfinə nail olacaq, yəni Azərbaycan tərəfi yoldan (Zəngəzur dəhlizi) keçərkən Ermənistan gömrükçüləri ilə qarşılaşmayacaq. Mehri yolundan əldə edilən gəlirin yalnız kiçik bir hissəsi, təxminən 30 faizi Ermənistanda qalacaq". (Teleqraf)