Dünyanı fəlakətə sürükləyən bu ölkənin taleyi dalana dirənib- ÖZƏL

"Putin Rusiyasının dünyaya təhlükə saçdığını Tramp da artıq dərk edir. Rusiya Təhlükəsizlik  Şurasının sədr müavini Dmitri Medvedevin  Trampa qarşı  təhqiramiz çıxışından sonra ABŞ prezidenti ritorikanı dəyişib. Rusiyanı sərt sanksiyalarla hədələməsi, iki atom sualtı qayığını  Rusiya yaxınlığında yerləşdirməsi və nəhayət   öz nümayəndəsi Stiven Uitkoffu Putinlə xəbərdarlıq görüşünə göndərməsi vəziyyətin xeyli gərginliyindən xəbər verir". "Olaylar"ın məlumatına görə, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib: 
"ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffu  Kremldə Rusiya lideri Vladimir Putin çox isti qarşıladı. Təbii ki, bu yayın istisinin nəticəsi deyil. Putin anlayır ki, Rusiyanın taleyi dalana dirənib. Tətbiq olunacaq sanksiyalar Rusiyanı yalnız taqətdən salmayacaq, həm də bu ölkənin çöküşünə gətirib çıxarar. Böyük ehtimalla Stiven Uitkoff ABŞ prezidentinin son mesajını Putin Rusiyasına çatdırıb.
 Vaxtılə Hitler Almaniyası dünyanı işğalla, qanla, ölümlə hədələdi. Sonda öz ölümünə fətva verdi.  İndi oxşar mesajları, qırğınları, işğalları görürük. Əgər ABŞ prezidenti yenə əvvəlki davranışlarını nümayiş etdirib Putin Rusiyası ilə loyal davransa,  onda Tramp da öz karyerasını daha dəhşətli şəkildə  bitirəcək.
 Amma,  bütün hallarda Rusiyanın yenidən güc mərkəzi olmaq  şansı yoxdur. Cənubi Qafqazı, Orta Şərqi, Ukraynanı  və digər məkanları rahat buraxmayan Rusiyanın gücünün tükəndiyini, əhalisinin vəziyyətinin ağırlaşdığını, hərbi infrastrukturunun tədricən çokdüyünü  müşahidə etmək mümkündür.  Nəhayət  bütün bunlar çöküşün başlanğıcı da ola bilər. Görək Donald Tramp   nə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31