ABŞ Dövlət Departamenti Rusiyanın Ukraynaya qaz nəqlini təmin edən infrastruktura hücumuna münasibət bildirib
7 Avqust 10:21 SiyasətRusiyanın mülki infrastruktur və yaşayış məntəqələrinə zərbələri yolverilməzdir.
Bunu ABŞ Dövlət Departamenti Trend-in Rusiyanın Azərbaycan qazının Ukraynaya nəqlini təmin edən obyektə hücumu ilə bağlı sorğusuna cavab olaraq bildirib.
"Rusiya bu cür hərəkətlərə dərhal son qoymalıdır. Məhz bu müharibənin insanlar üçün dağıdıcı fəsadları Prezident Trampın sülhə nail olmağa can atmasının əsas səbəbidir. Ölüm və dağıntılara son qoyulmalıdır", - deyə departamentin nümayəndəsi bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31