Vagenknecht sentyabr ayında Almaniyanın Ukrayna siyasətinə qarşı mitinq keçirmək istəyir - ÖZƏL

Sara Vagenknecht - Sağduyu və Ədalət Naminə İttifaq" (SSV) partiyasının lideri Sara Vagenknecht sentyabrın 13-də Berlində Brandenburq darvazaları önündə Almaniyanın Ukrayna siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır.

Olaylar xəbər verir ki,bu barədə "Tagesspiegel " nəşri məlumat yayıb.

Bildirilib ki, aksiyanın şüarı belə olacaq: "Qəzzada soyqırımı dayandırın! Münaqişə zonalarına silah tədarükünə yox! Silahlanma yarışına qarşı sülh!"

Qeyd edək ki, bundan əvvəl, iyulun 26-da The Washington Post qəzeti Almaniya hakimiyyətinin Ukraynaya üç ədəd Patriot zenit-raket kompleksləri verdiyini yazmışdı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31