Azərbaycan və Ukrayna saziş imzaladı: Rusiya bu infrastrukturu VURDU
10:16 SiyasətRusiya ordusu Odessa vilayətində, Orlovka və Novoselskoye yaşayış məntəqələri yaxınlığında, Rumıniya ilə sərhəd bölgəsində yerləşən mühüm enerji infrastrukturunu hədəfə alıb.
Olaylar.az xəbər verir ki, əldə edilən ilkin məlumatlara görə, "Geran" tipli kamikadze dronlarla həyata keçirilən hücum nəticəsində strateji obyektlərə zərər dəyib.
Hədəf alınan obyektlər arasında magistral qaz kəmərləri sisteminə daxil olan Orlovka qaz-kompressor stansiyası da olub.
Qeyd olunan stansiya Avropaya qaz tranziti və Ukraynaya əks qaz axınının təmin edilməsində mühüm rol oynayır.
Hərbi müxbirlərin bildirdiyinə görə, hücum nəticəsində Ukrayna ilə Azərbaycan arasında yaxın zamanda imzalanmış qaz tədarükü sazişi çərçivəsində istifadə olunan infrastruktur zədələnib.