Yunus Oğuzun ““TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb
14:30 SiyasətYazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun ""TÜRK" etnonimi və törələri" adlı yeni kitabı başa çatıb. Çapa hazırlanan kitabda türk etnoniminin yaranması, coğrafi inkişafı, məhv olunması, olması və ya başqa keyfiyyətlərə keçməsi, başqa sözlə, etnonimin bütün tarixinin bu və ya digər şəkildə etnosun tarixi ilə bağlı olması elmi əsasla göstərilib. Müəllif ən müxtəlif mənbələrə istinad edərək qədim türklərin tarixini, Türk dövlətlərinin inkşiaf prosesini qələmə alıb.
Xatırladaq ki, Yunus Oğuz qədim və yeni tariximizi bədiiləşdirən onlarla romanın müəllifidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31