Gürcüstan hakimiyyətinin əsas hədəflərindən biri ərazi bütövlüyünü təmin etməkdir- Tural İsmayılov - ÖZƏL

"Gürcüstanın yeni hakimiyyəti kifayət qədər vətənpərvər, dövlətçi bir hakimiyyətdir. Gürcüstanın baş naziri İrakli Kobaxidze siyasi xarizması kifayət qədər yüksəkdir. O Cənubi Qafqaz regionunu yaxşı tanıyır və Cənubi Qafqaz regionuna qarşı ola biləcək politik təhdidləri yaxşı dəyərləndirir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Gürcüstanın indiki hakimiyyətinin əsas hədəflərindən biri ərazi bütövlüyünü təmin etməkdir:

"Kobaxidze hakimiyyətinin əsas hədəflərindən biri odur ki, Gürcüstanın ərazi bütövlüyünü təmin etsin. Ona görə də hakimiyyətə gələn kimi bu komanda Qərbdəki bir sıra imperialist qüvvələr tərəfindən çox ciddi formada təzyiqlərə məruz qaldı. Bütün bunlara baxamayaraq, görürük ki, Gürcüstan separatçı təhdidlərə qarşı öz sabitliyini ən yüksək səviyyədə qorumağı bacarır. İrakli Kobaxidze höküməti "Xarici agentlər haqqında" qanun layihəsini çox çətin siyasi sitiuasiyada qəbul etməyi bacardı. Ölkəni qarışdırmaq istəyənlər bugün də Gürcüstan üzərindən təhlükəli ssenarilər oynamağa cəhdlər edirlər. Düşünürəm ki, Gürcüstanın hazırki vətənpərvər hakimiyyəti bütün təxribatların qarşısını almaq ixtiyarındadır. O baxımdan Kobaxidzenin Cəbubi Osetiya və  Abxaziya ilə bağlı açıqlamalarını daxili auditoriyaya hesablanmış bir populizm saymıram. Bu Gürcüstan dövlətinin hədəflərindən biridir. Gürcüstan beynəlxalq hüquq prizmasında tanınan öz ərazi bütövlüyünü bərpa etməyi düşünür. Əlbəttə ki, bu yolda bir sıra çətinliklərlə də üzləşəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31