Sülh gündəliyi pozula bilər- Turan Rzayev- ÖZƏL

Ermənistanda keçirilmiş son yerli seçkilər, xüsusilə Gümrü və Parkar şəhərlərində revanşist qüvvələrin qalib gəlməsi və Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasının ciddi itkilərə məruz qalması, ölkənin daxili siyasi sabitliyi ilə yanaşı, Ermənistan-Azərbaycan sülh prosesi üçün də ciddi siqnallar verir.

Politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında bildirib ki, revanşist qüvvələrin fəaliyyəti Ermənistanın sülh gündəliyini təhdid edə bilər:

"Aydın şəkildə görünür ki, bu düşünülmüş bir plandır. Şərti dövlət sərhəddinə yaxın olan və ya sərhədin əhatə olunduğu regionlarda Paşinyanın partiyasının məğlubiyyətə uğrayıb, revanşist  qüvvələrin həmin ərazidə qələbə qazanması gələcəkdə təxribat cəhdləri, sərhəd pozmaq, hətta daha ciddi insidentlərin Paşinyan və onun hakimiyyətinin məsuliyyət daşımadığı bir təssüratı yaratmağa hesablandığını açıq şəkildə demək olar".  Yəni, Paşinyan indidən gələcəkdə baş verə biləcək addımlara görə günahkarın özü olmadığını, müxalifətin olduğu zəminini yaratmağa çalışır. Böyük ehtimal ki, bu məsələlərin şahidi olacağıq. Təbii olaraq risk faktları çoxdur. Onsuzda Ermənistan şərti dövlət sərhədlərini hərbiləşdirir, əraziyə texnika və canlı qüvvə cəlb edir. Burada könüllü qüvvələr olacaqdır. Bu könüllü qüvvələr də həmin ərazidən təşkil olunacaqdır. Revanşizm meyilli olan bu şəxslər təxribat törədə bilərlər. Bu sülh gündəliyi pozar, sülh prosesinə mane ola bilər, həm də regionda eskalasiya risklərini artıra bilər"

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31