Qərb təsisatları nədən bununla bağlı bir açıqlama vermir?- ÖZƏL

"Avropa İttifaqı və bir çox Qərb strukturları demokratiya, insan haqları, söz mətbuat azadlığı, düşüncə sərbəstliyi kimi mövzulardan yalnız öz siyasi məqsədləri üçün istifadə edir". 



Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Doğrudur, bu ölkələrin özündə bu problem həllini tapdığı, onların cəmiyyətləri üçün bu ciddi bir problem sayılmır. Amma onlar bu məsələlərlə bağlı özlərinin maraqlarını həyata keçirmək və digər ölkələrə qarşı təzyiq mexanizmi məhz bu terminlərdən istifadə edirlər. O ki, qaldı Durovun həbs olunmasına, burada kifayət qədər araşdırılmalı məsələlər var, bu artıq beynəlxalq bir məsələyə çevrildi. Qərb strukturları və Avropa İttifaqından başqa Qərb təsisatlarından nədən bununla bağlı bir açıqlama verilmir? Təbii ki, bu özü yenə Qərbin siyasətində ikili standartlarına söykənməsinin növbəti bir nümunəsidir. Məhz qeyd edilən məsələlər onların siyasi maraqlarının təmin olunması üçün istifadə edilir. İnsan haqları, söz azadlığı və digər məsələlərlə bağlı biz Qərb ölkələrinin özündə belə keçirilən etiraz aksiyalarına konkret olaraq Fransada necə sərt yanaşıldığının şahidi olmuşuq. Belə ki, polis tərəfindən etiraz aksiyası iştirakçılarına qarşı qeyri-adekvat güc tətbiqi və s. kimi hərəkətlər Qərb təşkilatları tərəfindən nədənsə heç qınanmır. Amma belə bir hadisə hansısa bir digər ölkədə baş verərsə, bununla bağlı kollektiv şəkildə, xorla münasibət bildirilir. Bir daha qeyd etməyə ehtiyac var ki, bir çox Qərb strukturları, təşkilatları və təsisatları məhz Qərbin özünün maraqlarını həyata keçirmək üçün yaradılan qurumlardır. Maraqların həyata keçirilməsi və müstəqil siyasət yeritmək istəyən dövlətlərə qarşı bir təzyiq vasitəsi kimi istifadə edilir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31