Vüqar Əhmədov: “Qərb “Telegram” platformasından ehtiyat edir”- ÖZƏL
26 Avqust 2024 15:50 Siyasət"Təəssüf ki, Qərbdə demokratiya və insan hüquqları artıq yalnız sözdə ifadə olunur, Qərb institutları bu dəyərləri siyasi mübarizə üçün bir vasitəyə çeviriblər, dünyada internet media resursları ilə məşğul olan şəxslər belə təqiblərlə üzləşirlər".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib:
"Məsələ artıq söz azadlığı və demokratiya mövzusu deyil, indi dünyada yeni informasiya resursları platforması uğrunda ciddi siyasi mübarizə gedir, bu sahədə nüfuz sahibi şəxslər təqib olunur, biz əvvəl Culian Asanc nümunəsində bunun şahidi olmuşuq. Culian Asanc beynəlxalq hüququn bir çox prinsipi pozularaq həbsdə saxlanılır. Teleqram platformasının yaradıcısı Durovun həbsi onu göstərir ki, Qərb bu platformadan ehtiyat edir və onu öz milli təhlükəsizliyi üçün təhdid kimi görür, lakin bu əsas verirmi ki, bu platformanın yaradıcısı qanunsuz şəkildə xarici ölkədə saxlanılsın? Eyni məntiqlə digər ölkələr X və Meta platformasını öz ölkələrinin milli təhlükəsizliyi üçün təhdid kimi görə bilərlər. Aydın məsələdir ki, Durov hansısa cinayət əməlinə görə deyil, məhz siyasi motivlərlə həbs olunub. Fransa hakimiyyəti Durovu siyasi motivlərlə məqsədli şəkildə saxlayaraq öz siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə edir. Bu isə insan hüquqları və demokratiya kimi dəyərlərə tamamilə ziddir və azad media dəyərlərinə açıq aşkar dözümsüzlük nümayişidir. Maraqlıdır ki, sabah eyni məntiqlə X və ya META platformasının yaradıcısı saxlanılsa Qərb dairələri buna nə reaksiya verəcək".
Qiymət Mahir