Qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın gücünün artmasını təmin edəcək- ÖZƏL

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət xalqımıza böyük nailiyyətlər və möhtəşəm Zəfər qazandırıb". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət ölkəmizə uğurlar qazandırmaqdadır. Uğurlarımızın zirvə nöqtəsi 30 ilədək Ermənistanın işğalı altında qalmış torpaqlarımızın azad edilməsi - ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasıdır. Yeni dövrdə qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın milli gücünün artmasını təmin edəcək".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31