ABŞ-ın gizli bazası Ermənistanda bu ərazidə yerləşir - Video
14 Avqust 2024 11:44 SiyasətErmənistanda Azərbaycan və İran sərhədləri yaxınlığında Amerika əsgərlərinin və silahlarının gizli yerləşdirilməsinin görüntüləri yayılıb.
Olaylar xəbər verir ki, məlumatı "Caliber" yayıb.
Sayt daha əvvəl ABŞ hərbi-nəqliyyat təyyarələrinin Ermənistana enməsi və Boinq C-17-nin göyərtəsində təkcə hərbi yüklər deyil, həm də şəxsi heyətin gəlməsi ilə bağlı fakt yaymışdı.
Məlumatı ABŞ-ın Ermənistandakı səfirliyi təkzib etmişdi. Sayt növbəti dəfə faktları tam təsdiqləyən foto-sübutlar təqdim edib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31