Xalqımız yeni zəfərlərə imza atmaqdadır- ÖZƏL

"Prezident, Yeni Azərbaycan Partiyası Sədri İlham Əliyevin  rəhbərliyi ilə xalqımız yeni zəfərlərə imza atmaqdadır". Olaylar xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan kifayət qədər uğur qazanıb. Buna baxmayaraq, qarşıda ciddi hədəflər dayanır. Dövlət başçısının uğurlu siyasəti nəticəsində həmin hədəflərə çatılacağı heç bir şübhə doğurmur".
O, bildirib ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan dövlətinin ən böyük uğurudur: "Hazırda əsas məqsəd azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinin həyata keçirilməsidir. Bunlar hamısı müasir dövrün tələblərinə cavab verməlidir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31