Ukraynaya sərt cavab zərbəsi təlimatı verildi- ÖZƏL
14 Avqust 2024 09:03 Siyasət"Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ iclasda Kurskdakı işğalın sonlanması və Ukraynaya sərt cavab zərbəsi təlimatını verib".

Olaylar xəbər verir ki, bunu politoloq Turan Rzayev deyib:
"Ehtimal etmək olar ki, Rusiya əks-hücuma keçib, Ukrayna ordusunu mühasirəyə almaq istəyir. Bunun üçün isə məşhur "atəş kisəsi" (огневой мешок) döyüş taktikasından istifadəyə hazırlaşır. İki və ya üç tərəfdən kütləvi atəş hücumu həyata keçirməyi nəzərdə tutan bu plan tarixin ən amansız döyüş taktikalarından sayılır. Məlumat üçün deyim ki, sözügedən taktika ilk dəfə İkinci Dünya müharibəsində elə Kursk istiqamətindəki döyüşlərdə tətbiq olunub".
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31