İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb- ÖZƏL

"Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamran Bayramov deyib: "Azərbaycan və Qazaxıstanı sıx müttəfiqlik əlaqələri ilə yanaşı, ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Bu isə təbii olaraq qarşılıqlı əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Hazırda ölkələrarası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Avqustun 9-da Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının Astana görüşündə  fəxri qonaq qismində iştirak edən ölkəmizin başçısı Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında mövcud olan və getdikcə daha çox şaxələnən səmərəli əlaqələrin əhəmiyyətindən və qarşıda duran vəzifələrin icrasının vacibliyindən söhbət açaraq bildirib ki, bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31