Ümummilli Lider xalqın böyük əksəriyyətinin istəyini reallaşdırdı- ÖZƏL
13 Avqust 2024 12:57 Siyasət"Ümummilli Lider Heydər Əliyev xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciətinə "Yeni müstəqil Azərbaycan uğrunda" cavabında bu mühüm məqamı xüsusi qeyd etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli-demokratik dövlətin, hüquqi cəmiyyətin yaradılması hərtərəfli, genişplanlı iş aparılmasını və respublikanın bütün ictimai-siyasi, sosial-iqtisadi potensialından maksimum istifadə olunmasını tələb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Ulu Öndərin cavabında bu çağırış da öz əksini tapmışdı ki, Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdə doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Bugünkü reallıqlarımız Ulu Öndər Heydər Əliyevin partiyaya inamının təsdiqidir. 32 ilə yaxın dövr YAP-ın Azərbaycanın uğurlarında müstəsna roluna işıq salır. Yarandığı gündən yüksək nüfuz qazanması və xalqın partiyası kimi tanınması YAP-ın ən böyük uğurlarından biridir".
Alim Hüseynli
Olaylar.az