Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əlaqələr ümumi mədəni irsin söykənir- ÖZƏL

"Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında çoxəsrlik əlaqələr ümumi mədəni irsin dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün möhkəm zəmin yaradır".



"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib:

"Müstəqillik əldə etdikdən sonra Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə geniş əməkdaşlıq edirlər. Region ölkələri ilə Azərbaycan arasında tez-tez yüksək səviyyəli səfərlər gələcək əməkdaşlığın yeni istiqamətini nümayiş etdirir. Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri Bakının diplomatik fəallığını nümayiş etdirməklə yanaşı, region ölkələri ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu da göstərir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri region dövlətlərinin Bakının təşəbbüslərinə, iki mühüm bölgə arasında oynadığı strateji roluna verdikləri yüksək qiymətin nəticəsidir".

Alim Hüseynli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31