Azərbaycan sabit, inkiaf edən ölkələr sırasındadır- ÖZƏL
13 Avqust 2024 10:08 Siyasət"Dövlət müstəqilliyimizin bərpasının ilk illərində iqtidarın yarıtmaz siyasəti, idarəçilik qabiliyyətinin olmaması, şəxsi ambisiyalarının quluna çevrilərək dövlət maraqlarını arxa planda saxlaması Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib:
"Ölkəmizdə ictimai-siyasi gərginlik kulminasiya nöqtəsində idi. Ölkədə separatizmin baş qaldırması, Azərbaycanın hər an müstəqilliyini itirmək təhlükəsini yaşaması həmin dövrü xarakterizə edən faciələr idi. Təbii ki, istər zor gücünə hakimiyyəti zəbt etmiş AXC-Müsavat iqtidarı, istərsə də xalqımız çox yaxşı bilirdi ki, hadisələr belə davam edə bilməz. Ona görə də xalq xilaskarını - Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycan ağır vəziyyətdən çıxdı, ölkədə sabitlik yarandı və inkişaf dövrü başlandı".
Alim Hüseynli
Olaylar.az