COP29 sonrası xüsusilə idarəetmədə yeniliklərin olması gözlənilir - ÖZƏL

"COP29 dünyaca məşhur bir tədbirdir, həm də miqyasına görə dünyanın ən mötəbər tədbirlərindən hesab olunur. Çünki COP29-un keçirildiyi ölkədə faktiki olaraq dünyanın nəbzi döyünməyə başlayır. Çünki bu tədbir fonunda kifayət qədər mühüm dövlət xadimləri, hökumət rəhbərləri, siyasilər, eyni zamanda, ekoloqlar, ekofəallar, yaşıl partiya nümayəndələri və həmçinin bunların timsalında yeni dövrün trendləri ilə ayaqlaşan və yaşıl enerji, təmiz iqtisadiyyat kimi ideyalar üzrə sərmayə qoymağa açıq investorlar iştirak edirlər". 



Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Bu baxımdan, Azərbaycan bu tədbirə ev sahibliyi edəcək və təbii olaraq bu şəxslərə də ev sahibliyi edəcəkdir. Bu, həm də yeni əlaqələrin qurulması, ölkəyə xüsusilə də investisiyanın gətirilməsi, yeni dövrün trendlərinə uyğun olaraq layihələrin icrası fonunda investisiya yatırımlarının edilməsində mühüm yeniliklərə səbəb ola bilər. Yəni COP29 sonrası biz ölkədə inkişafa gətirib çıxaracaq xarici investorların gəlişinin şahidi ola bilərik. Söhbət təbii ki, təkcə yaşıl enerjidən getmir. Ümumiyyətlə, fərqli sahələrdən investorların ölkəmizə gəlişi, xüsusilə də Qarabağın bərpası və böyük qayıdış siyasəti çərçivəsində mühüm irəliləyişin əldə edilməsinə gətirib çıxarır. Yəni xarici investisiyaların hesabına ərazilərin sürətli bərpası və bunun tərkib hissəsi olaraq da insanların öz ata-baba yurdlarına tez bir zamanda qayıdışı təmin edilə bilər. Yəni COP29 sonrası ölkədə ən böyük dəyişiklik hesab edirəm, bununla bağlı ola bilər. 
Bundan başqa, təbii ki, quruculuq işləri gedir. Paytaxtın özünə baxmaq kifayətdir ki, yollar təmir edilir, binaların üzlükləri dəyişdirilir. Bundan başqa, Bakı daha təmiz bir şəhər halına gəlir. Yəni onsuz da son 10 il ərzində Bakı şəhərinin memarlıq üslubu dəyişmişdir. Yəni köhnə Bakı ilə modern Bakının sintezi idi. Amma bu COP29 fonunda artıq Bakının sovet dövründən qalan sonuncu qalıqları da bir növ dəyişikliyə uğrayıb. Artıq Bakı həm Cənubi Qafqazın, həm Yaxın Şərqin ən modern və ən müasir şəhərlərindən biri halına gəlib. Bu o baxımdan vacibdir ki, bu gün Bakının COP29-la bağlı yeniləşmə prosesi gələcəkdə COP29 sonrasında artıq digər şəhərlər, rayonlar və hətta kəndlərə sirayət edə bilər. Artıq günəş panellərinin daha da artacağını müşahidə etmək olar. Bunların hamısı COP29 sonrası gözlənilən yeniliklərdir. 
Təbii ki, idarəetmə sistemində də yeniliklərin olması gözlənilir. COP29 sonrası xüsusilə idarəetmədə yeniliklərin olması gözlənilir. Buna misal olaraq deyə bilərik ki, dövlət siyasətində yaşıl enerjinin artması, yaşıl enerjiyə töhfə verəcək alternativ layihələrin maliyyələşdirilməsi kimi məsələlər də öz həllini tapa bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31