Mərkəzi Asiya və Azərbaycan arasında bərpaolunan enerji sahəsində sıx əməkdaşlıq mövcuddur- ÖZƏL

"Mərkəzi Asiya və Azərbaycan arasında bərpaolunan enerji sahəsində sıx əməkdaşlıq mövcuddur. Bu baxımdan cari ilin may ayında Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu" xüsusi əhəmiyyət kəsb edir".

"Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib:

"Bu sənədin icrası yaxın gələcəkdə yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək.
Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının görüşündəki çıxışında nəqliyyat - tranzit əməkdaşlığından da bəhs etmişdir. Nəqliyyat - tranzit sahəsindəki əməkdaşlıq Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı qarşılıqlı fəaliyyətin mühüm istiqamətlərindən biridir. Bakı - Tbilisi - Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılması, Ələt Beynəlxalq Ticarət Limanının genişləndirilməsi və Xəzər dənizində yeni ticarət gəmilərinin sifariş edilməsi, regiondakı tranzit imkanlarının gücləndirilməsinə xidmət edərək Orta Dəhlizin praktiki önəmini daha da artırır".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31