COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir- ÖZƏL
12 Avqust 2024 11:10 SiyasətAzərbaycanın beynəlxalq nüfuzunun göstəricilərindən biri də ölkəmizin bu ilin noyabr ayında COP29-a ev sahibliyi etməsidir".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib:
"Bu tədbir bərpaolunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin genişlənməsinə, iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə yol açacaq. Azərbaycanın bu istiqamətdə töhfələri beynəlxalq səviyyədə təqdir edilir. Cənab İlham Əliyev Astanada keçirilən tədbirdəki çıxışında da diqqəti COP29-a yönəltdi və bildirdi ki, Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcək. Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır".
Alim Hüseynli
Olaylar.az