Azərbaycan regionun enerji və nəqliyyat mərkəzinə çevrilib- ÖZƏL
12 Avqust 2024 11:09 Siyasət"Regionun enerji və nəqliyyat mərkəzi olan Azərbaycanın həmçinin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində infrastruktur layihələri icra olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib: "Rəqəmsal əlaqələrin qurulması və məlumat mübadiləsinin asanlaşdırılması baxımından əhəmiyyətli addımlardan biri də "Rəqəmsal İpək Yolu" fiber-optik infrastruktur layihəsinin həyata keçirilməsidir. Layihənin məqsədi beynəlxalq internet marşrutlarının Azərbaycandan keçməsi, ölkədə və regionda informasiya texnologiyalarının və rəqəmsal ekosistemin inkişafıdır.
Cənab Prezident Astanaya səfəri zamanı etdiyi çıxışında dövlətlərimizin Beynəlxalq Təşkilatlar çərçivəsindəki əməkdaşlığından da bəhs etmişdir. Bu baxımdan 2023 - cü ilin noyabr ayında Bakıda keçirilən SPECA - nın 25 illiyinə həsr olunuş Zirvə görüşü xüsusi əhəmiyyət kəsb edir. Xatırladaq ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir".
Alim Hüseynli
Olaylar.az