Siyasi partiyaların qeydə alınan deputatlığa namizədlərinin sayı açıqlandı
10 Avqust 2024 18:48 SiyasətNövbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Namizədliyi qeydə alınan nəfərdən 308 nəfər 25 siyasi partiyanın nümayəndələridir.
Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.