Birinci vitse-prezident Mehriban Əliyeva Alfonso Dominqesin Olimpidada gümüş medal qazanması ilə bağlı paylaşım edib
10 Avqust 2024 10:16 SiyasətAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Alfonso Dominqesin Parisdə keçirilən Yay Olimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
Olaylar xəbər verir ki, paylaşımda deyilir:
"Boksçu - gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31