Elçin Xalidbəyli: Azərbaycan Prezidentinin bu toplantıda iştirakı olduqca önəmli hadisədir- ÖZƏL
9 Avqust 2024 15:04 Siyasət"Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin toplantısında iştirak etməsi olduqca önəmli bir hadisədir. Çünki Azərbaycan Türk dövlətləri ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasını özünün əsas hədəfləri, prioritetləri sırasına daxil edib".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Gələcəkdə Türk Dövlətləri Təşkilatının dünyada yeni güc mərkəzinə çevrilməsi istiqamətində artıq kifayət qədər israrlı cəhdlər mövcuddur və bu proses uğurla inkişaf edir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, Orta Asiya ölkələri və Azərbaycan enerji resursları ilə zəngin ölkələrdir və Azərbaycan, Orta Asiya, yəni Mərkəzi Asiya ölkələrinin enerji resurslarının Avropa bazarlarına çıxarılmasında əsas tranzit ölkədir. Bu əməkdaşlıq həm Mərkəzi Avropa ölkələrinə, həm də Azərbaycana faydalıdır, yüksək gəlirlər vəd edir. Bu baxımdan Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələri rəhbərlərinin toplantısına qatılması bu istiqamətdə fəaliyyətin intensivləşdirilməsi baxımından da böyük əhəmiyyət daşıyır".