125 YAP-çı DSK-nın iclaslarını müşahidə edəcək- ÖZƏL
9 Avqust 2024 11:43 SiyasətSentyabrın 1-də keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasından 125 nəfər xüsusi icazəli müşahidəçi səsvermə gününədək dairə seçki komissiyalarının, 1 nəfər isə Mərkəzi Seçki Komissiyasının iclaslarını müşahidə edəcək. "Olaylar" YAP-a istinadən xəbər verir ki, bundan başqa, 817 nəfər Azərbaycan Respublikasının bütün seçki dairələrində, 12686 nəfər məntəqə seçki komissiyalarında səsvermə günü müşahidə aparacaq. Bununla yanaşı, 1 nəfər Mərkəzi Seçki Komissiyası üzrə məşvərətçi səs hüquqlu üzv, 6468 nəfər isə dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlər təyin olunub.
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31