YAP ödənişsiz təşviqat hüququndan imtina edib- ÖZƏL

Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində ödənişsiz seçkiqabağı təşviqat aparmaq hüququndan istifadə etməyəcək. "Olaylar" YAP-a istinadən xəbər verir ki, bu barədə partiyanın alıi rəhbərliyi qərar qəbul edib. Məlum olduğu kimi YAP 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiya kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və MSK tərəfindən müəyyən olunmuş mətbu orqanları vasitəsilə ödənişsiz seçkiqabağı təşviqat aparmaq hüququna malikdir. Lakin  YAP demokratik prinsipləri rəhbər tutaraq seçkiqabağı təşviqat mərhələsində digər partiya nümayəndələri və bitərəf namizədlərlə bərabər şərtlərdə rəqabətin aparılması məqsədilə bu imtiyazdan istifadə etməmək barədə qərar qəbul edib.

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31