Kommunikasiya məsələsinin arxa plana keçirilməsi Ermənistan üçün sərfəlidir- ÖZƏL

Azərbaycan və Ermənistanın kommunikasiyanın açılması məsələsinin sülh sazişindən çıxarılması və sonraya saxlanılmasına dair razılaşması mövcud şərtlərdə "zaman qazanmaq" gedişdir.



"Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib:

"Kommunikasiyanın hansı prinsiplə açılması sərhədin delimitasiyası kimi tərəflər arasında əsas ziddiyyətli məsələlərdən biridir. Bu maddənin sonraya saxlanılması ilk baxışda Ermənistan üçün sərfəli görünür. Belə ki, Ermənistan kommunikasiyanın Zəngəzur dəhlizinin reallaşması çərçivəsində açılması perspektivinə qarşı zaman qazanır. Həmçinin, Zəngəzur dəhlizi açılmadan Azərbaycanla sülh sazişini imzalamaqla Türkiyə ilə danışıqlarda "Bakı şərtini" yerinə yetirdiyini göstərməyə və sərhədlərin açılması ilə Qərbə çıxış əldə etməyə ümid edir".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31