Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instagram hesabında Həsrət Cəfərovun Yay Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:

"Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31