Azərbaycan lideri Mərkəzi Asiyada tarix yazır- ÖZƏL

Prezident İham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının VI Məşvərət Görüşündə iştirak etmək üçün Astanaya səfər edib. Prezdent İlham Əliyevi hava limanında Qazaxıstanın Baş naziri Oljas Bektenov qarşılayıb. "Olaylar"ın məlumatına görə, politoloq Zaur Məmmədov bildirib ki,  Mərkəzi Asiyada Azərbaycan lideri tarix yazır: "Tarixdə heç vaxt bu xalqların liderləri arasında bu səviyyədə mehribançılıq olmamışdı".
Qeyd edək ki, görüş Azərbaycanın da iştirakı ilə geniş tərkibdə keçirilir. Son zamanlar Azərbaycan rəhbərliyi Mərkəzi Asiya ölkələri ilə ikitərəfli və çoxtərəfli əsasda və ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələri intensivləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31