Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin dərinləşməsi...- ÖZƏL
8 Avqust 2024 17:20 Siyasət"Cənab Prezident Azərbaycan -Qazaxıstan münasibətlərinin inkişafı fonunda Qazaxıstana səfər edib. Bütövlükdə bu gün Azərbaycanın Türk Dövlətləri Təşkilatı nəzdində kifayət qədər üstün mövqeləri var və son vaxtlar həm Qazaxıstan rəhbərinin Azərbaycana dəfələrlə səfəri olub, həm Azərbaycan prezidentinin Qazaxıstana dəfələrlə səfərləri olub, bu, həm iki ölkə arasındakı dərin bağları, əlaqələri göstərir, həm də Azərbaycanla Qazaxıstan arasındakı dostluq münasibətlərinin hansı həcmdə inkişaf etdiyini dünyaya növbəti dəfə nümayiş etdirir".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan prezidenti Qazaxıstana, Mərkəzi Asiya ölkələri rəhbərlərinin toplantısında iştirak etmək üçün gedib. Azərbaycana bu gün təkcə türk dünyasında deyil, bütün geopolitik coğrafiyalarda çox böyük sayğı, diqqət var. Bu da cənab Prezident İlham Əliyevin bütün dünyada siyasi reytinqinin yüksək olmağı ilə bağlı bir məsələdir. Bu səfərdə də Azərbaycanla Qazaxıstan arasındakı dostluq münasibətlərinin hansı həcmdə inkişaf etdiyini dünyaya növbəti dəfə nümayiş etdirir. Azərbaycan prezidenti Qazaxıstana, Mərkəzi Asiya ölkələri rəhbərlərinin toplantısında iştirak etmək üçün gedib. Azərbaycana bu gün təkcə türk dünyasında deyil, bütün geopolitik coğrafiyalarda çox böyük sayğı, diqqət var. Bu da cənab Prezident İlham Əliyevin bütün dünyada siyasi reytinqinin yüksək olmağı ilə bağlı bir məsələdir. Bu səfərdə də Azərbaycanla Qazaxıstan arasında və Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin dərinləşməsi müzakirə ediləcək".
Zeynəb Rzayeva