Əli Mustafa: Rusiya Ermənistanı itirəcək- ÖZƏL
8 Avqust 2024 16:23 Siyasət"Ermənistanın Rusiyadan üz döndərməsinə dair ABŞ-nin bəyanatı təsadüfi deyil. Əslində düzdür, burada müəyyən qədər təbliğat elementi də, piar da var".
.jpg)
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib:
"Bunu deməklə ABŞ ola bilsin, psixoloji olaraq Rusiyanın Ermənistanı itirməsinə dair rəy yaradır. Amma gerçəklik ondan ibarətdir ki, bugünkü Ermənistan hakimiyyəti, təbii ki, Rusiya ilə eyni dəsti-xətti bölüşmür, hər fürsətdə Rusiyanın nüfuz dairəsindən uzaqlaşır. ABŞ-nin regiona, konkret Ermənistana gəlişinə də dəstək verir. Düzdür, Rusiya bunu bir formada qəbullanmaq istəmir. Bir formada çalışır ki, bildirsin ki, yox, bizim Ermənistanla əlaqələrimiz var. Yəqin ki, daha çox Ermənistan cəmiyyətini nəzərdə tutur. Yəni Ermənistan iqtidarını Rusiya artıq itirib, Ermənistan cəmiyyəti uğrunda mücadilə verir. Sanki hələ də ABŞ, Paşinyanla Ermənistandakı insanlar uğrunda bir döyüş aparır. Mən düşünürəm ki, bunun da perspektivi yoxdu. ABŞ hərbi güclərini yavaş-yavaş Ermənistana yerləşdirir, yəni siyasi, iqtisadi əlaqələrini dərinləşdirir. Hərbi əlaqələrini də getdikcə möhkəmləndirir. Nəticədə, proseslər belə gedəcəksə, Rusiya Ermənistanı, sonra da digər bölgələri itirəcək. Ümumiyyətlə bölgədəki vəziyyətə gəldikdə, Ermənistan təbii ki, bunu bəzən çox açıq formada edir. Rusiyanın resursları hələ ki, bu prosesin qarşısını almağa yetərli deyil. Düzdür, Ukrayna-Rusiya cəbhəsində Rusiyanın uğurları olardısa, o halda Rusiya revanş edə bilərdi. Əks təqdirdə düşünürəm ki, Rusiya Ermənistanı itirəcək və yəqin ki, Cənubi Qafqazın digər dövlətləri də Ermənistandan sonra Rusiyadan qopacaq".
Qiymət Mahir