Ermənilər Azərbaycanda yaşamaq hüquqlarını itiriblər - ÖZƏL
8 Avqust 2024 16:01 Siyasət"Ermənistandan deportasiya olunmuş, qovulmuş, ev-eşiyi müsadirə olunmuş, daha doğrusu, zorla ələ keçirilmiş, Azərbaycana aid maddi-mədəniyyət abidələri dağıdılmış bir Qərbi Azərbaycanımız, qərbi azərbaycanlılarımız var".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Mübariz Göyüşlü deyib.
"Təəssüf ki, bu reallığı nə Ermənistan, nə onun havadarları qəbul etmək istəmirlər və Ermənistanın törətdiyi bu vəhşilikləri, bu hərəkətləri nə Ermənistan, nə onun havadarları etiraf etmirlər, üzr istəmirlər, kompensasiya ödəmirlər və soydaşlarımızın dinc, ləyaqətli şəkildə geri qayıtması, yerləşməsi üçün heç bir əməli addım atmırlar.
Bütün bunlara rəğmən, Qarabağa zorla yerləşdirilmiş, müxtəlif ölkələrdən şirnikləndirilərək gətirilib Qarabağa yerləşdirilmiş və heç zaman Qarabağı özünə doğma torpaq saymamış erməniləri və könüllü şəkildə çıxıb getmiş ermənilərin Qarabağa qayıtması məsələsini böyük bir problemə, Azərbaycana qarşı təzyiq üsuluna çevirərək, davamlı olaraq beynəlxalq ictimai rəydə saxlamağa çalışırlar və bununla da Azərbaycanı güzəştə getməyə, Azərbaycanı öz haqq yolundan döndərməyə çalışırlar.
Ümumiyyətlə, ermənilər Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlara, faciələrə görə nəinki Qarabağda, fikrim irqçi kimi çıxsa da, belə deyim ki, bütövlükdə Azərbaycanda yaşamaq hüquqlarını itiriblər. Açıq danışmaq lazımdır ki, biz ermənilərlə bir yerdə yaşaya bilmərik və hesab edirəm ki, ermənilər Azərbaycan torpağında yaşamamalıdır. Hətta Azərbaycan vətəndaşlığına müraciət etsələr də belə onların bu istəyi müsbət cavablandırılmamalıdır. Amma Azərbaycan dövləti humanist addım atır, portal yaradılıb. Müraciət etmək istəyən, Azərbaycan vətəndaşlığı, bayrağı, qanunları altında yaşamaq istəyənlərə şərait yaratmağa hazırdır. Nə xoş bizə ki, ermənilər belə bir istəklə çıxış etmirlər və Azərbaycan vətəndaşı altında yaşamaq istəmirlər. Ona görə də, bu mövzunu bağlanmış saymaq olar və Qarabağa ermənilərin qayıtması məsələsi hesab etmək olar ki, bitib. Amma Qərbi Azərbaycan mövzusu davam edir və biz Qərbi Azərbaycana dinc, ləyaqətli şəkildə qayıtmalıyıq və qayıdacağıq da. İstər Ermənistan bunu istəsin, istər istəməsin".