Hakimiyyətdə Paşinyan yox, başqası olsaydı, Rusiya ilə münasibətlər çox daha fərqli olardı - ÖZƏL

"Ermənistan və Rusiya münasibətlərinin pozulmasını rəsmi Kreml istəmir". 



Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

"Rusiyanın Cənubi Qafqazdakı ən böyük hərbi bazası və əsas qalası məhz Ermənistan hesab olunur. Ermənistan uğrunda bu gün Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında ciddi konflikt var, bir mübarizə gedir. Bu mübarizənin fonunda elə Amerika hazırda daha çox irəliləməkdədir və Rusiya fərqindədir ki, Ermənistanı itirir və itirməmək üçün də Ermənistana sərt güc yerinə, yumşaq güc siyasəti ilə davranır. Əslində ruslar əvvəllər də demişdilər ki, bizim problemimiz Ermənistanla yox, Ermənistandakı hakimiyyətlədir, Paşinyan hakimiyyəti ilədir. Yəni hakimiyyətdə Paşinyan yox, bir başqası olsaydı, böyük ehtimalla Rusiya ilə münasibətləri indikindən çox daha fərqli olardı. 
Hesab edirəm ki, Rusiyanın bu yanaşması başa düşüləndir və belə deyim, Ermənistanı itirmə məntiqinə söykənib. Bu baxımdan da Rusiyanın bundan sonra da bənzər ritorikada davam edəcəyini göstərmək olar. Amma Ermənistan tərəfi Paşinyan hakimiyyətdə olduğu müddətdə seçim edib və Qərbə inteqrasiya yolunu tutub və hələlik tezliklə Qərbə inteqrasiya prosesindən çətin ki, yayınsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31