Ermənistan həqiqətən də Rusiyanın orbitindən birdəfəlik çıxmaq fikrindədir - ÖZƏL
8 Avqust 2024 15:28 Siyasət"İndi Ermənistan Rusiyadan əl çəkmək istəyir, amma Rusiya əl çəkmək istəmir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
"Güney Qafqazda bir tərəfdə Gürcüstanla gərgin münasibətlər, digər tərəfdə Azərbaycanın yetərincə müstəqil siyasət yürütməsi və bunun fonunda Rusiya üçün "əl quzusu" olan Ermənistanın əldən çıxması, əlbəttə ki, Rusiyanı narahat edir. Ona görə də Zaxarova deyir ki, qardaş yardımı bundan sonra da davam edəcək. Yəni onlar erməni ictimai rəyində özlərini qardaş kimi qoruyub saxlamağa can atırlar. Amma bir şey unudulur ki, Ermənistan həqiqətən də Rusiyanın orbitindən birdəfəlik çıxmaq fikrindədir və bu yöndə konkret addımlar atılır. Ona görə də boşuna ümidlənməsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31