Vüqar Əhmədov: Rusiya Ermənistandakı maraqlarından asanlıqla imtina etməyəcək- ÖZƏL

"Görünən odur ki, Ermənistan bu gün çətin durumdadır, o mənada ki, Rusiya heç cürə Ermənistandandakı maraqlarından imtina etmək istəmir. İllərdir Rusiyanın bu ərazilərdə maraqları olub, indi isə Ermənistan faktiki olaraq bu maraqları digər ölkələrə, Qərbə satmağa çalışır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

"Paşinyan Rusiyadan ehtiyat etdiyindən belə bəyanatlar görünür ki, ABŞ-nin dilindən səslənməyə başlayıb, bu isə onu göstərir ki, Ermənistan rəhbərliyi müstəqil deyil, onun əvəzindən  ABŞ rəhbərliyi ölkənin siyasi kursu ilə bağlı bəyanatlar verir. Ermənistan indiki düşdüyü çətin durumdan istifadə edərək maksimum şəkildə ABŞ-ın dəstəyini almağa və onun imkanlarından faydalanmağa çalışır. 

V.Əhmədov Rusiyanın asanlıqla Ermənistandakı maraqlarından imtina edəcəyini düşünmür:

"İndiki kritik geosiyasi vəziyyətdə İrəvanın bölgəyə Qərb hərbiçilərini və qüvvələrini cəlb etməsi iki qütb arasında qarşıdurmanı daha da kəskinləşdirir. Gürcüstan nümunəsində biz görürük ki, bu ölkə belə riskli addımlara yol verməyərək Qərbin digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın müstəqil siyasətinə təsir etməsinə imkan vermir. Bu baxımdan  ABŞ Cənubi Qafqazda, konkret olaraq Ermənistanda boşluğu taparaq bu bölgədən Rusiyaya ikinci cəbhəni açmağa çalışır, Rusiya isə hələ ki, təmkinli davranaraq bəyanatlarla kifayətlənir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31