Cəmiyyətimizdə vətəndaş nəzarətinə ehtiyac var- ÖZƏL
8 Avqust 2024 11:56 Siyasət"Son günlər cəmiyyətdə aqressiyalar, insanları hədələmə, zidd davranışlar, diqqət cəlb edən və ikrah hissi doğuran "asayiş keşikçilərinə qarşı açıq hörmətsizliklə müşayət olunan vətəndaş itaətsizliyi ilə seçilən hərəkətlərilə ictimai münasibətlərə xələl gətirən hərəkətlər müşahidə olunmaqdadır. Əslində bu cür davranış keyfiyyətlərin qıtlığıdır". "Olaylar" xəbər verir ki, bunu Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib: "Hazırda cəmiyyətimizdə vətəndaş nəzarətinə və ictimai həmrəyliyə ehtiyac var. Həddi aşmağa imkan verilməməlidir ki, bu kimi halların qarşısı alınsın.Texnikasız-internetsiz, televiziyasız, kondisionersiz...yaşayan dövrümüz də olub. İndi bunlar var, amma ədəb, abır, həya, mədəniyyət, ictimai və mənəvi dəyərlər qıtlaşıb. mənəviyyatımıza zidd nə varsa pulla reklam olunur. Mənəviyyatımız pulamı satılır?"
Alim Hüseynli
Olaylar.az