Ermənistan müxtəlif istiqamətlərə tuşlanan cəbhə kimi yetişdirilir- ÖZƏL

"ABŞ-nin Ermənistana hərbi kontingent göndərməsi məlumatları hələlik iddia səviyyəsində olsa da, bu, Vaşinqtonun İrəvanla bağlı məqsəd və vəzifələri barədə təsəvvürləri  alt-üst etmir. Vaşinqton Ermənistanı həm İrana, həm də Rusiyaya qarşı alternativ cəbhə kimi inkişaf etdirir". 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov bildirib. Ekspertin sözlərinə görə İran burada prosesin Azərbaycan əleyhinə yönləndirilməsindən narahat deyil, lakin Tehranın özünün də hədəf taxtasına gəlməsi onu Bakı və Moskva ilə birgə hərəkətə təşviq edir. 

"Buna görədir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Tehrandan sonra birbaşa Bakıya gəldi və Prezident İlham Əliyevlə müzakirələr apardı. ABŞ silahlarının və hərbçilərinin İrəvana gəlməsi məlumatlarının məhz bu səfərdən sonra ortaya çıxması bir məsələni dəqiqləşdirir: Regionda Ermənistan müxtəlif istiqamətlərə tuşlanan cəbhə kimi yetişdirilir. 
Ermənistanın həm Rusiya-Ukrayna müharibəsi, həm də İran-İsrail qarşıdurması fonunda poliqon statusunda çıxış etməsinin Cənubi Qafqazın təhlükəsizliyinə geniş mənfi təsirləri var". 
A. Kərimov qeyd edib ki, Azərbaycan bu prosesin Bakı ilə İrəvan arasındakı sülh gündəliyinə neqativ miqyaslarını hesablamalıdır. 
"Buna görə də, Bakı həm strateji müttəfiqi Türkiyə, həm də region ölkələri ilə təxirəsalınmaz müzakirələr apara bilər".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31