Zeynal Əmrəliyev: Rusiya Ermənistanın özündən tamamilə qopmasına razı deyil- ÖZƏL
8 Avqust 2024 11:23 Siyasət"Həqiqətən də son zamanlarda Rusiya və Ermənistan arasında münasibətlərin kəskinləşdiyini görürük və Paşinyan hökuməti paralel istiqamətdə Qərblə münasibətləri yaxşılaşdırmaq üçün səylər göstərir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib:
"Amerika Birləşmiş Ştatlarına məxsus olan hərbi qüvvələrin Ermənistan ərazilərinə yerləşdirilməsi də məhz bu məqsədə xidmət edir. Şübhəsiz ki, buna Rusiyanın narazılığı var. Rusiya Ermənistanın özündən tamamilə qopmasına razı deyil. Görünür ki, bunun üçün əlindən gələni etməyə hazırdır".
Siyasi şərhçinin sözlərinə görə, böyük ehtimalla Paşinyan hökuməti müəyyən məsələlərdə Rusiyaya məlumat verib:
"Görünür ki, Rusiya hakimiyyəti baş verən proseslərdən müəyyən qədər məlumatıdır. Çünki bu, mümkün deyil. Məlum olduğu kimi, Gümrüdə Rusiyanın hərbi bazası var və eyni zamanda Zvartnots Hava Limanı vasitəsilə Zəngəzur ərazilərinə Amerika Birləşmiş Ştatlarının hərbi kontingentinin gətirilməsini, təbii ki, Rusiya tez aşkara çıxaracaq. Buna görə də düşünürəm ki, Paşinyan hökuməti Rusiyaya bu haqda məlumat verib. Ancaq Moskva təbii ki, Ermənistandan narazıdır və bu narazılığı hər fürsətdə dilə gətirir.
Eyni zamanda İranın məsələsi də aktualdır. İran da Ermənistanla münasibətlərdə əslində gərginlik yaşamalıdır. Çünki ABŞ hərbi qüvvələrinin Ermənistan tərəfindən bölgəyə gətirilməsi İranın maraqlarına daban-dabana ziddir və buna görə də İran narazılıq etməlidir. Ancaq məlum olduğu kimi, rəsmi Tehranda Ermənistana qarşı xüsusi simpatiya var və həmin simpatiya bu gün də özünü göstərir ki, İran rəsmiləri bu məsələdən qaçırlar. Çox təəssüflər olsun ki, bu məsələyə münasibət bildirmək istəmirlər. Biz, əsasən Qərbi ittiham edirik, ancaq region ölkələrinin də Azərbaycan-Ermənistan münasibətlərində ikitərəfli yanaşma sərgilədiyi aydın şəkildə görünür".
Qiymət Mahir