Repressiya millətin ağlasığmaz itkiləridir- ÖZƏL
8 Avqust 2024 10:12 Siyasət"Arxiv məlumatına görə, 1934-cü ildən 1939-cu ilə qədər 27458 nəfər əksinqilabi və "antisovet" fəaliyyətinə görə cəzalandırılmışdır". "Olaylar" xəbər verir ki, bunu deyən ekspert Əkrəm Bəydəmirlinin sözlərinə görə, ən çox cəzaya məruz qalanlar "trotskiçi", "əksinqilabçı -millətçi", "üsyançı" adı ilə həbs olunanlardır: "Ümumiyyətlə, repressiya illərində respublika ərazisindən 100 minə yaxın Azərbaycan ziyalısı, sovet və partiya işçisi, hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilmişdir. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edilmişdir. Ürəkağrıdıcı faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet sosialist respublikaları içərisində birinci yerdə durmuşdu. Sonrakı yerlərdə Özbəkistan, Ukrayna və RSFSR idi. Arxiv sənədlərindən aydın olur ki, "qırmızı terror" dövründə cəzaya məruz qalanların sayına görə 1937-1938-ci illər xüsusilə fərqlənmişdir".
Alim Hüseynli
Olaylar.az