İƏT-in təcili iclası: Bakıdan kim gedəcək? – XİN

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin bu gün - avqustun 7-i Ciddədə keçiriləcək təcili iclasına Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qatılacaq.

Bu barədə Olaylar-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, İƏT-in təcili iclası ötən gün çağırılıb. Bu gün keçiriləcək toplantıda əsas mövzu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31