Cənubi Qafqazdakı sülh prosesinə ciddi maneə olacaq səbəb- ÖZƏL
7 Avqust 2024 12:38 Siyasət"ABŞ-nin Ermənistanı kütləvi şəkildə silahlandırılması və Ermənistana müəyyən hərbi kontingenti artıq yerləşdirməsi barədə məlumatlar var. Bu, təbii ki, Cənubi Qafqazdakı sülh prosesinə ciddi maneə olacaq səbəblərdəndir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:
"ABŞ rəsmilərinin son zamanlar açıqlamalarını eşidirik. İstər Ochr("39")Brayn olsun, istərsə də digər diplomatlar, yüksək səviyyəli dövlət deparamentinin rəsmiləri dəfələrlə Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunması üçün addımlar atmaq barəsində çağırışlar ediblər. Ancaq eyni zamanda, Amerika Birləşmiş Ştatlarının da bu cür davranış sərgiləməsi, şübhəsiz ki, ikitərəfli əlaqələr baxımından ziddiyyət təşkil edir. Bir tərəfdən sülhə dair çağırışlar etməklə, bir tərəfdən də bu cür yanaşma sərgiləməklə Amerika öz niyyətində səmimi olmadığını ortaya qoyur. Digər tərəfdən, Ermənistanın məsələsi var. Ermənistan İranın müttəfiqi kimi hərəkət etməsinə baxmayaraq, məlumatlar var ki, Amerika Birləşmiş Ştatları həmin o yerləşdirdiyi bazalar vasitəsilə Ermənistandan İran ərazilərini müşahidə edir və İranın İsrailə hücumunu öyrənmək istəyir. Yerləşdirdikləri bazalar məhz İrana qarşı kəşfiyyat xarakteri daşıyır. Əgər Ermənistan İranla müttəfiqdirsə, Ermənistan, rəsmi İrəvan öz müttəfiqini bu dəfə də ayaqlar altına atdı. Yəni bu, konkret olaraq Ermənistanın İranı Amerika Birləşmiş Ştatlarına satmasıdır. Açıq deyə bilərik ki, Ermənistan İranı ABŞ-ə satdı. Çox təəssüflər olsun ki, yenə İran Ermənistana bununla bağlı heç bir çağırış, irad bildirmir. Baxmayaraq ki, artıq bir neçə gündür ki, Zvarnost Hava Limanına ABŞ-dən təyyarələr gəlib-gedir. İran Ermənistana yenə də heç bir çağırış bildirmir, əksinə, Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyana İranın Ali Dini Lideri Əli Xamenei bildirmişdi ki, Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır, yəni Ermənistanın təşəbbüsçülüyünü çəkirdi. Ancaq bütün bu məsələlər, İranın Ermənistanın özünə qarşı olan hərəkətlərini görməzdən gəlməsi Tehran üçün faciə ilə nəticələnəcək sonunculara səbəb olacaq. İran rəhbərliyi bunu hesablamalıdır".