Bu ölkənin müstəqil bir siyasi iradəsi yoxdur- ÖZƏL

"Ermənistan KTMT ilə arasında böyük uçurumlar yaradır. Əslində, bu gün Ermənistanın sistematik şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmağa çalışdığını görürük". 

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Əlbəttə ki, Ermənistanla Rusiya arasındakı uçurumu, konfrantasiyanı və ziddiyyətləri də dərinləşdirir. Paşinyanın KTMT-dən çıxma istəyi təbii ki, blef kimi görünür. Çünki bu ölkənin müstəqil bir siyasi iradəsi yoxdur ki, addım ata bilsin. Yəni Paşinyan anti-KTMT bəyanatları verir, KTMT əleyhinə Ermənistan açıq fəaliyyət göstərir. Buna baxmayaraq Ermənistanın elə bir siyasi müstəqil iradəsi yoxdur ki, KTMT-ni tərk edə bilsin. Bu baxımdan da bu gün Ermənistan çıxılmaz bir vəziyyətdədir. Bir tərəfdən hökumət KTMT əleyhinə fəaliyyət göstərir. Digər bir tərəfdən isə hökümətin KTMT-ni tərk etmək kimi bir seçimi, imkanları yoxdur. Bu gün Ermənistan KTMT ilə Qərb arasında çıxılmaz vəziyyətdə qalıb. Ermənistan hakimiyyəri ağılsız manipulyasiyalar edərək Ermənistanın düşdüyü xaotik vəziyyəti daha da dərinləşdirir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31