Avropa Parlamentindən hər hansısa müsbət istiqamətdə addım görməyəcəyik- ÖZƏL

""Almaniya üçün alternativ" partiyası Almaniyada ən radikal sağçı partiyalardan biridir və kifayət qədər də öz mövqeyini açıq şəkildə ifadə edən partiyadır. Antiislam, antitürk mövqeyi ilə seçilən bir partiyadır və belə bir partiyanın Avropa Parlamentində digər radikal sağçı partiyalarla qrup yaratması onu göstərir ki, Avroparlamentdə geriləmələri çox müşahidə edəcəyik. 

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib:

"Ümumiyyətlə, Avropa Parlamenti adlandırılan qurum hal- hazırda radikalların, antiislam və antitürk mövqeyində olan qrupların, əsasən də erməni diasporu dediyimiz, Avropada formalaşmış terrorçu şəbəkənin əlində konkret şəkildə oyuncağa çevrilib. Tək bu qurumun deputatları yox, bu qurumu idarə edən, yəni bu qurumda çalışanların böyük əksəriyyəti də çox təəssüflər olsun ki, həmin o təşkilatın birbaşa oyuncağıdır,əllərində oynadırlar. Böyük əksəriyyətindən söhbət gedir, həmçinin deputatları da. Parlamentin müstəqil şəkildə fəaliyyəti yoxdur. Orda kim qrup qursun, kim qrup qurmasın, nə baş versin, konkret olan qüvvələr var. Həmin qüvvələr nə dedilər, Avropa Parlamenti həmin istiqamətdə hərəkət edir. Yəni burada səsləndirilən fikirlər, ortaya qoyulan mövqelərin bir o qədər əhəmiyyəti yoxdur. Ancaq yenə də sağçı, radikal qrupların birləşib bir ittifaq qurması onu deməyə əsas verir ki, onlar düzəlməyəcəklər. Avropa Parlamentindən hər hansısa müsbət istiqamətdə addım görməyəcəyik. Yenə də eyni siyasət, eyni istiqamət davam edəcək. Antitürk, antiislam mövqeyi davam etdiriləcək. Açıq şəkildə deyim ki, mən  Azərbaycan və Avropa Parlamenti arasında yaxında hansısa uzlaşmanın olacağını düşünmürəm. Çünki Avropa Parlamentinin özünü aparma qaydası, çərçivəsi onu göstərir ki, hansısa inkişaf olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31