İtaliya Azərbaycandan təbii qaz idxalını artırıb- ÖZƏL
6 Avqust 2024 10:09 Siyasətİtaliya 2024-cü ilin mayında Azərbaycandan 488 milyon kubmetr qaz idxal edib, 2023-cü ilin mayında bu rəqəm 441,5 milyon kubmetr olub. İdxalın həcmi xeyli artsa da, maya dəyəri nəzərəçarpacaq dərəcədə azalıb. 2023-cü ilin may ayında idxalın dəyəri 366 milyon avro təşkil edirdisə, 2024-cü ilin mayında demək olar ki, 25% azalaraq 276 milyon avroya düşüb.

Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib:
"2024-cü ilin yanvar-may aylarında İtaliya Azərbaycandan 2,6 milyard avro dəyərində olan 2,2 milyard kubmetrə qarşı 1,35 milyard avro dəyərində 2,4 milyard kubmetr qaz idxal edib. 2023-cü ildə İtaliya Azərbaycandan 4,97 milyard avro dəyərində ümumilikdə 9,3 milyard kubmetr qaz idxal edib".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31