DTİHB-nin müşahidə mussiyası VHP-də nədən danışıb?- ÖZƏL

Ölkəmizdə səfərdə olan ATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası (DTİHB) Vətəndaş Həmrəyliyi Partiyasında olub. "Olaylar" xəbər verir ki,bu barədə VHP təmsilçisi Samir Əsədli məlumat verib: "Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi ofisində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşati, missiya rəhbərinin müavini Elissavet Karagiannidou və siyasət üzrə analitik Noemi Arçidiakono ilə görüşümüz oldu. Qarşıdan gələn seçkilər, seçki hazırlıqları və VHP-nin fəaliyyətindən danışdıq".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31