Bu qurumlar parçalanmağa məhkumdurlar- ÖZƏL
5 Avqust 2024 16:20 Siyasət"Avropa Parlamenti radikal sağçıların təmsil olunduğu kifayət qədər gərgin bir qurumdur. Ümumiyyətlə, bu qurumun legitimliyi özü bir sual altındadır".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Avropa Parlamenti daim yalanın, hərc-mərcliyin və siyasi ədalətsizliyin məkanı olubdur. İndi belə bir təşkilatın dünyada heç bir nüfusu qalmayıb. Buna görə də bu təşkilatın daxilində mövqe fərqlilikləri var. Əslində çoxdan gözlənilən idi ki, Avropa Parlamenti də daxil olmaqla bir çox Qərb strukturları və təşkilatlarında parçalanmalar olsun. Eyni zamanda nəzərə almaq lazımdır ki, Avropa Parlamentinin Cənubi Qafqaza, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə təsir imkanları kifayət qədər zəifdir. Burada obyektivlik hissini itirmiş adamlar təmsil olunurlar. Daha əvvəl Avropa Parlamentinin vitse-spikerinin korrupsiya qalmaqalı ilə həbs edilməsi hamımızın yaxşı yadındadır. Bu baxımdan ədalətin olmadığı, beynəlxalq hüququ kağız parçasına çevirən və özünün çirkin, siyasi maraq və məqsədlərinə xidmət etdirməyə çalışan Avropa Parlamenti və bu qəbildən qurumların dünyada heç bir nüfusu və reytinqi yoxdur və baş verən hadisələr də göstərir ki, onlar parçalanmağa və bölünməyə məlumdurlar".
Zeynəb Rzayeva