Yaxın gələcəkdə Avropa radikalların məkanına çevrilə bilər- ÖZƏL

"Avropa Birliyi məkanında, eləcə də bu qurumun bəzi strukturlarında, xüsusilə də Avropa Parlamentində sağçıların və ultra-millətçilərin ön plana çıxması təbii ki, Avropa Birliyinin tutduğu geopolitik mövqeyə müəyyən mənada ciddi təsirlər göstərə bilər. Sadəcə hələlik bir qədər müşahidə edib, bu ultra-millətçi düşərgənin əsas hədəflərinin nədən ibarət olduğunu müəyyən etməyə ehtiyac var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Anlaşılan ondan ibarətdir ki, Avropada liberal dəyərlər arxa plana keçirilir, ultra-millətçilər, irqçilər, radikallar hakimiyyətə gəlməyə başlayıb, ön plana çıxmağa başlayıb. Bu da əslində Avropa Birliyinin geopolitik mövqeyi ilə yanaşı, eyni zamanda Avropa məkanının özü üçün çox ciddi təhlükələr vəd edir. Çünki bu ultra-millətçi düşərgə ilk növbədə miqrantlara qarşı irqçilik mövqeyindən çıxış edir. Yəni Avropa yenidən keçmişə-faşizm dövrünə geri dönür və əgər bu proses indiki templə inkişaf edərsə, yaxın gələcəkdə Avropa radikalların məkanına çevrilə bilər. Ultra-millətçilərin hökmranlıq və hegemonluq elədiyi bir məkana çevrilə bilər. Bu da ilk növbədə Avropa Birliyinin özü üçün çox ciddi təhlükəlidir. Avropa məkanında həm Avropa dövlətləri arasında qarşıdurmalar yarana bilər, həm də həmin dövlətlərin daxilində sosial, siyasi böhranların ortaya çıxmasına yol aça bilər. Yəni ultra-millətçilərin tutduğu mövqe daxili iğtişaşlara, sosial toqquşmalara, xaosa yol aça bilər. Bu, Avropa üçün yaxşı heç nə vəd eləmir. İstənilən halda bu prosesin genişlənməsi Avropanın daxilində vətəndaş müharibəsinə qədər inkişaf edə biləcək iğtişaşların, küçə toqquşmalarının xaosun yaranmasına yol aça biləcək olduqca təhlükəli bir hadisədir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31