İran İsrailə qarşı müharibə elan edərsə, Qərbi qarşısina alacaq- ÖZƏL
5 Avqust 2024 10:42 Siyasət"İranın ABŞ başda olmaqla formalaşan hərbi koalisiyaya qarşı müharibəsi Tehran rejiminin intiharıdır".

"Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə İran İsrailə qarşı birbaşa açıq müharibə elan edərsə, Qərbi qarşısina alacaq: "İran İsrail müharibəsi gözlənilmir. Çünki, İran hakimiyyəti və hakimiyyətə nəzarət edən İslam İnqilabı Keşikçilər Qvardiyası (SEPAH) İsraillə müharibədə maraqlı deyil. İsrailə müəyyən cavab addımları olacaq. Amma, bu da danışıqlarla və qabaqcadan xəbər edilməklə həyata keçirilməsi gözlənilir. Aprel ayında da İranın İsrailə kütləvi raket və PUA hücumundan əvvəl qabaqcadan xəbərdar etmişdi".
Alim Hüseynli
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31